Əsəd ailəsini Rusiyaya göndərdi

Əsəd ailəsini Rusiyaya göndərdi
Suriyada müxalif qüvvələrin irəliləməsi səbəbilə Prezident Bəşər Əsədin ailəsi ilə birgə ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb.

“Qafqazinfo” “Wall Street” jurnalına istinadən xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.

Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.

O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.

Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...