Naxçıvanda məktəb bağlanır? - Rəsmi CAVAB
Babək rayonunun Cəhri qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin bağlanması ilə bağlı xəbərlər yayılıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Naxçıvan Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumdan verilən açıqlamada sözügedən məlumatların əsassız olduğu bildirilib.
“Məktəb bağlanmır, sadəcə, bina texniki istismar üçün yararsız olduğundan tədris hələlik Cəhri qəsəbəsinin 1 nömrəli tam orta məktəbində aparılır.
Belə ki, məktəb binasında çatların yaranması və bəzi sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna müraciət olunub. İnstitutun mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilib”, - açıqlama deyilir.
Məlumatda qeyd edilib ki, mütəxəssislər məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olması, məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin həm iqtisadi, həm də texniki cəhətdən səmərəsiz olması rəyini veriblər. Növbəti illlərdə məktəb binası üçün layihələndirmə işləri aparılacaq. Məktəb üçün yeni binanın tikintisinə başlamaq nəzərdə tutulur.
99 dəfə oxundu