Əsəd ailəsi “Moskva City”də məskunlaşa bilər
Rusiyaya qaçan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, qohumlarının daşınmaz əmlaka sahib olduğu Rusiyanın paytaxtının elit bölgəsində məskunlaşa bilər.
Yenisabah.az Financial Times-a istinadla xəbər verir ki, 2013-cü ildən 2019-cu ilə qədər Əsədin qohumları "Moskva City"də 40 milyon dollar dəyərində ən azı 19 lüks mənzil alıblar.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Sənədlərə görə, 13 mülk Əsədin dayısı oğlu Hafiz Məxluf və ya onun nəzarət etdiyi şirkətlərə məxsusdur. Başqa bir dayısı oğlu Rami Məxluf 2 mənzil alıb. 4 mənzil İhab və İyad Məxlufun adına yazılıb.
Məxluf ailəsi Moskva biznes mərkəzindən bir neçə dəqiqəlik məsafədə də 3 otaqlı mənzil alıb.
Suriyanın keçmiş prezidentinin qohumları Rusiya paytaxtında bahalı daşınmaz əmlak almaq üçün ofşor şirkətlərdən istifadə ediblər.
Əsəd ailəsinin Rusiya ilə sıx əlaqələri var. Onun böyük oğlu Hafiz Əsəd dekabrın əvvəlində aspiranturanı bitirib və Moskva Dövlət Universitetində (MDU) namizədlik dissertasiyası müdafiə edib. Göstərdiyi köməyə görə o, universitetin rektoru Viktor Sadovniçiyə təşəkkür edib.
Dekabrın 8-də Suriya üsyançıları heç bir müqavimət göstərmədən paytaxt Dəməşqə yaxınlaşıb, daha sonra onu nəzarətə götürəndə Bəşər Əsəd prezident vəzifəsindən istefa verib və Suriyanı tərk edib. Rusiya “humanitar səbəblərə görə” ona sığınacaq verib.
Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Əsədin üsyançılarla danışıqlardan sonra prezidentlik postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” ölkəni tərk etdiyini qeyd edib.
Hakimiyyəti öz əlinə alan müxalifət Suriyanın keçmiş prezidentinin başına 10 milyon dollar mükafat elan edib.
Bəşər Əsədin 59 yaşı var. O, alternativsiz referendumdan sonra atası Hafiz Əsədin yerinə 2000-ci ildən prezident kimi fəaliyyət göstərib.
124 dəfə oxundu