Sulutəpədə qanunsuz tikili sökülüb

Sulutəpədə qanunsuz tikili sökülüb
Bakıda qanunsuz tikili sökülüb.

Bu barədə Gundeminfo.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...