"Unibank" müştəriləri soyur - Arayış fırıldağı

"Unibank" müştəriləri soyur -
Azərbaycanda fəaliyyət göstərən bankların yüksək faizlə kredit ayırması və bu azmış kimi kreditə görə əsaslandırılmayan əlavə ödənişlər tələb etmələrindən vətəndaşlar tez-tez şikayət edirlər. Ən çox şikayət olunan banklardan biri və bəlkə də birincisi "Unibank"dır. Bu bank müştərilərinin faktiki olaraq cibinə girir.

Missiya.Az-a daxil olan məlumata görə, "Unibank" kreditini bağlayan müştərilərdən "təmizlik kağızı", yəni kreditin tam bağlandığına dair arayışa görə də ödəniş tələb edir. Məsələn, bu gün bankın Neftçilər filialında bununla bağlı insident baş verib. Vətəndaş banka olan kreditini tam ödədikdən sonra tamamilə haqlı olaraq borcunun olmadığına dair arayış tələb edib. Lakin bank əməkdaşları buna görə 20 manat istəyiblər. Vətəndaş kiçik kağız parçasının 20 manata satılmasına etiraz etsə də bankdan bildirilib ki, bu, rəhbərliyin müəyyən etdiyi qaydadır.

Məsələ ilə bağlı hüquqşünaslara müraciət etdik. Onlar bildirdilər ki, arayışa görə cüzi məbləğdə xidmət haqqı tələb etmək olar, lakin 20 manat qiymət müəyyənləşdirmək sui-istifadə və soyğunçuluqdur.

Həmçinin, məsələ ilə bağlı "Unibank"la da əlaqə saxlamağa çalışdıq.Təəssüf ki, rəsmi sorğumuza iş gününün sonuna qədər cavab verilmədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...