Balıqçılardan birinin meyiti tapıldı

Balıqçılardan birinin meyiti tapıldı
Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit tapılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu deyilir.

Meyit bu gün saat 11 radələrində balıqçılar tərəfindən aşkarlanıb.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
67 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...