Trampdan İrana son ultimatum: Sizə bunu deyə bilərəm...

Trampdan İrana son ultimatum:
ABŞ və İran arasında danışıqların müddəti hələ bitməyib və Tehran Vaşinqtonla təmasdadır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, iranlılar amerikalılarla əlaqə yaradır: "Onlar hətta danışıqlar üçün Ağ Evə gəlməyi təklif etdilər".

Eyni zamanda, Tramp İranla danışıqların dəqiq nə vaxt bərpa oluna biləcəyini açıqlamayıb:

"Bunun (İsrail-İran müharibəsi – red.) daha nə qədər davam edəcəyini bilmirəm. Onlar tamamilə müdafiəsizdirlər. İranlıların hava hücumundan müdafiəsi tamamilə yoxdur. Biz İran üzərində hava məkanına tam nəzarət edirik".

O, ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyi barədə danışmaqdan imtina edib:

"Ola bilər ki, mən bunu etməyəcəm. Yəni, nə edəcəyimi heç kim bilmir. Sizə bunu deyə bilərəm: İran böyük problem içərisindədir və onlar danışıqlar aparmaq istəyirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...