Əli Əliyevin həbs müddəti artırıldı

Əli Əliyevin həbs müddəti artırıldı
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəza müddəti artırılıb.

"Qafqazinfo" xəbər verir ki, onun barəsində Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədr əvəzi Ramiz Göyüşov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə.Əliyevə 6 ay həbs cəzası verilib.

Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və o, ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, VİP sədri 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-nin helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hərbçilər VİP sədrinin onların barəsində böhtan xarakterli çıxışlar etdiyini iddia edirdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...