Bəzi universitetlər Qarabağa köçürülsün - TƏKLİF

Bəzi universitetlər Qarabağa köçürülsün -

"Bakı şəhərində olan sıxlığın qarşısının alınması üçün regionları inkişaf etdirmək lazımdır. İndi bunun üçün fürsət yaranıb. İşğaldan azad olunmuş torpaqlara ən azı 1 milyon əhalinin köçürülməsi planı olmalıdır".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Bakı şəhərinin yükünün azaldılmasında daha düşünülmüş addımlara ehtiyac var.

"Bir çox dövlət orqanları paytaxtdan köçürülməlidir. Həmçinin, Bakıda olan bir neçə universitet işğaldan azad olunmuş ərazilərə köçürülə bilər. Həmin ərazilərdə universitet şəhərlərinin yaradılması ilə bağlı qərar yaxşı olardı. Bu, Bakının yükünün azalmasına kifayət qədər müsbət təsir göstərər. Əsas hədəf Bakının yükünün azaldılması üçün atılan addımlarda olmalıdır".

Ekspert qeyd edib ki, ictimai nəqliyyatın qiyməti və sayı artırılsa da, bu sıxlığın qarşısını almaq mümkün olmayacaq: "Ona görə ki, bütün iqtisadi fürsətlər Bakı şəhəri və Abşeron rayonundadır. Azərbaycan əhalisinin yarısı bu iki ərazidədir. Regionlarda iş yerləri yaradılsa, sosial həyat yaxşılaşsa, paytaxtda bu qədər sıxlıq olmazdı".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...