İspaniyada narkotik vasitələr Ukraynaya humanitar yardım adı altında daşınıb
İspaniya Mülki Qvardiyası xüsusi əməliyyat nəticəsində Ukraynaya humanitar yardım adı altında narkotik qaçaqmalçılığı ilə məşğul olan 30 nəfəri saxlayıb. Bazar ertəsi krallığın Daxili İşlər Nazirliyinin rəsmi saytında verdiyi məlumata görə, ümumilikdə 139 kq marixuana müsadirə edilib.
“Marlin əməliyyatı çərçivəsində Mülki Qvardiya Əndəlüs muxtar icmasında yerləşən, narkotik alveri ilə məşğul olan və regionun hər yerində səpələnmiş marixuana plantasiyalarına sahib olan təşkilatı zərərsizləşdirib. Otuz nəfər, o cümlədən ukraynalılar, almanlar, ispanlar və mərakeşlilər Kiyev üçün ərzaq və humanitar yardımla birlikdə karton qutularda narkotik maddələr gizlədiblər”, - deyə məlumatda bildirilib.
Gizlədilən narkotik vasitələr Ukraynaya yük daşıyan avtomobilləri imitasiya edən furqonlarda daşınıb ki, bununla da polis və gömrük yoxlamalarından yayınıb.
Mülki Qvardiya şübhəlilərin evlərində axtarışlar zamanı daha 30 kq şətənə, 755 min avro və 25 min dollardan çox nağd pul, 2 500 marixuana bitkisi, həmçinin odlu silahlar, zirehli geyimlər və GPS izləmə avadanlığı aşkar edib.
Mənbə: TASS
539 dəfə oxundu