Türkiyədə qızla oğlanın əl-ələ tutub, gəzməsi qadağan olundu

Türkiyədə qızla oğlanın əl-ələ tutub, gəzməsi qadağan olundu


Türkiyənin ali dini qurumu olan Diyanət Vəqfi bildirib ki, nişanlı cütlüklər əl-ələ gəzə, eləcə də nişanlı olduqları müddətdə birlikdə uzun zaman keçirə bilməzlər.

Bu barədə «Hurriyet» qəzeti yazır. Diyanət Vəqfi bildirir ki, cütlüklərin valideynlərin icazəsiylə, yaxud onlardan xəbərsiz görüşməsi arzuolunmaz insidentlərə – eşqbazlığa, birgə yaşayışa, yaxud bir-birilə baş-başa qalmağa yol aça bilər. “Bu isə söz-söhbət yaradır. İslam əl-ələ tutmağı da qadağan edir”-qərarda deyilir.

Dəyanət Vəqfi cütlükləri nişanlı olduqları müddəti İslam normalarına uyğun başa vurmağa çağırır, həmçinin onları rəsmi nikah kəsilmədən kəbinlə yaşamaqdan çəkindirir. Daha öncə Diyanət Vəqfinin tualet kağızından istifadə, alkoqollu məhsullarla bağlı qərarları mübahisə doğurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...