"Seçkilər keçirilsə, 52 faiz seçici səsini Paşinyana verməyəcək" - Nikolun reytinqi AÇIQLANDI
“Nikol Paşinyanın müsbət reytinqi 6% azalıb, mənfi reytinqi isə 17% artıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb: “Sirr deyil ki, müxtəlif yerli və xarici təşkilatlar mütəmadi olaraq rəy sorğuları keçirir. Həmçinin hakimiyyətin sifarişi ilə də rəy sorğuları aparılır. Bu rəy sorğularının bəziləri dərc olunur, digər hissəsi isə “daxili istifadə” üçün saxlanılır.
Qəzet yazır ki, bu ilin əvvəlindən iki dəfə qapalı rəy sorğusu keçirilib: “Son rəy sorğusuna gəlincə, mənbələrimiz bildirir ki, onun nəticələri hakimiyyət və xüsusən də Nikol Paşinyan üçün məyusedicidir. Belə ki, yanvar-fevral aylarında Nikol Paşinyanın şəxsi “müsbət reytinqi” 6% aşağı düşüb. Əvəzində onun mənfi reytinqi 17 faiz artaraq 40%-ə çatıb. Vətəndaşların 12 faizi isə Paşinyana səs verməyib. Bu, o deməkdir ki, yaxın vaxtlarda seçkilər keçirilsə, ən azı 52 faiz seçici səsini hazırkı baş nazirə verməyəcək. Paşinyanın ümumi “müsbət reytinqinə” gəlincə, bu, 21-22%-i keçmir, İrəvanda isə sözügedən rəqəm 16-17%-dir”, – deyə qəzet yazıb.
649 dəfə oxundu