Koreya ABŞ-dan atom bombası istədi

Koreya ABŞ-dan atom bombası istədi

Cənubi Koreya Qərargah rəisləri komitəsinin rəhbəri general Li Sun Çjin ABŞ-ın bu ölkədəki hərbi qüvvələrinin komandanı general Kertis Skaparotti ilə təkbətək görüşüb.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşdə tərəflərin Koreya yarımadasında ABŞ strateji qüvvələrinin yerləşdirilməsi imkanlarının müzakirə edildiyini bildirib. Rəsmi Seul ABŞ-dan yarımadaya atom sualtı gəmilərinin, “Stels” texnologiyası (radarlardan qaçmaq imkanı. – red.) ilə təchiz edilmiş B-52 bombardmançıları və F-22 qırıcılarının göndərilməsini istəyib. Görüşdə həmçinin Seul Vaşinqtona Cənubi Koreyada THAAD raket əleyhinə müdafiə kompleksləri və taktiki nüvə silahının yerləşdirilməsini təklif edib.

Qeyd edək ki, dünən Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bu, bütün dünyada rəsmi Pxenyana qarşı etirazların səsləndirilməsinə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...