Türkiyə gəmilərin boğazlardan keçməsi üçün rüsumu 5 dəfə artırdı
İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsi üçün rüsumları 8%-dən çox artıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb.
Oktyabr ayında Türkiyə rəsmiləri rüsumu birdən-birə 5 dəfə artıraraq 4,08 dollara çatdırıb.
Rüsum 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. İmzalanma zamanı qızıl frankı 0,8 dollara bərabər idi.
Qəzetə görə, bir ticarət gəmisinin xalis tonajı üçün "qızıl frankının vergilər və ödənişlər (mayak, sökülmə və sanitar yoxlama) baxımından əsas dəyəri ... 4,42 dollar olaraq təyin edilib. Beləliklə, yığımların artımı 8,3% təşkil edəcək. Qəzetin yazdığına görə, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir idarəetmə və yedəkləmə xidmətlərini nəzərə almadan, təxminən 160-170 milyon dollar təşkil edirdi. Bu, 2023-cü ildə 900 milyon dollara çata bilər.
Qəzetin yazdığına görə, qərara alınıb ki, rüsum qızıl frank əsasında deyil, hər ilin iyun ayının sonunda Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək.
Qeyd edək ki, 1936-cı il Montrö Konvensiyası Türkiyənin Qara dənizdən Aralıq dənizinə qədər Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən sənəddir. Sənədə görə, Konvensiyanın 19-cu maddəsinə əsasən, Türkiyə müharibə aparan ölkələrin gəmiləri üçün boğazları bağlaya bilər. İstisna yalnız dayanacağa qayıdan gəmilərdir.
635 dəfə oxundu