SOCAR-a Türkiyədə neft axtarışlarını həyata keçirməyə icazə verilməyib

SOCAR-a Türkiyədə neft axtarışlarını həyata keçirməyə icazə verilməyib


Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri üzrə Baş Direktorluğu 5 şirkətin Tekirdağ bölgəsində neft axtarışını həyata keçirmək üçün müvafiq müraciətini rədd edib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Resmi Gazete" nəşrində yer alan məlumatda qeyd edilib.

Bildirilir ki, həmin şirkətlər "Memba Enerji ve Madencilik", "SOCAR Petrol Arama ve Üretim", "3S Kale Enerji Üretim", "Transatlantic" və "Alpay Enerji"dir.

Adıçəkilən şirkətlər Tekirdağ bölgəsində 14 537 hektar sahədə neft axtarışlarını aparmaq üçün neft İşləri üzrə Baş Direktorluğa müraciət ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...