Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”

Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”
“Nüvə təhdidləri bizə mane olmayacaq, ərazilərimizi işğalçılardan təmizləməyə davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna ordusu üçün ən pis ssenari nüvə müharibəsidir: “Kəşfiyyat məlumatlarına əsasən onu deyə bilərəm ki, düşmən Zaporojye Atom Elektrik Stansiyasında (AES) da terror aktı hazırlaya bilər. Amma bütün bunlar bizə mane olmur. Biz öz işimizi görürük”.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin daha əvvəl demişdi ki, ölkənin təhlükəsizliyi üçün təhdid yaranarsa, nüvə silahı tətbiq edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...