Siyasi partiya lideri və iş adamı dövlət çevrilişinə cəhddə ittiham olundu

Siyasi partiya lideri və iş adamı dövlət çevrilişinə cəhddə ittiham olundu


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi tərəfindən "Vətən və Şərəf" Partiyasının sədri Qarnik Markaryan və "Yeqvard idman ayaqqabıları fabriki" Açıq tipli Cəhmdar Cəmiyyətinin baş direktoru Vladimir Arakelyan həbs edilib. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə MTX-nın mətbuat xidmət məlumat yayıb.

Məlumata görə, onlar Artur Vardanyan tərəfindən yaradılan cinayətkar qruplaşma ilə əlaqədar olmaqda şübhəli bilinirlər. Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan da həmin cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.

Xatırladaq ki, 2015-ci il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi.Rəsmi məlumata görə, olar parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırırmış.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...