"Təəssüf ki, rubl ucuzlaşdı, heroinin də qiyməti qalxdı" - Yüksək vəzifəli məmur

"Təəssüf ki, rubl ucuzlaşdı, heroinin də qiyməti qalxdı" -


Rublun dəyərinin düşməsi fonunda Rusiyada heroinin qiyməti qalxıb.

Avropa.info xəbər verir ki, bu haqda Narkotiklərin dövriyyəsinə Nəzarət üzrə Rusiya Federal Xidmətinin sədri Viktor İvanov bildirib. “Təəssüf ki, rubl dollar qarşısında dəyər itirdi. Bu da öz növbəsində narkotiklərin dövriyyəsində qiymət siyasətinə öz təsirini göstərdi” – dövlət rəsmisi jurnalistə müsahibəsində belə deyib.

“Əfqanıstandan bizə gətirilən heroin hər zaman dollara bağlı olub. Bu üzdən dollar dəyərində qiyməti düşmədi, rubla münasibətdə isə qiymət qalxıb. Hal-hazırda heroinin dozası dolların bahalaşmasınadək olan vaxtla müqayisədə 1,5-2 dəfə baha satılır”.

O, Cənubi-Şərqi Asiyadan Rusiyaya gətirilən narkotik vasitələrdə qiymət dəyişikliyinin olmadığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...