Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək

Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək


Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bəyan edib. O qeyd edib ki, Rusiya AŞPA-dakı fəaliyyətini ancaq tamhüquqlu və bərabərtərəfli dialoq üçün şərtlər yarandığı halda nəzərdən keçirəcək. “Biz hadisələrin inkişafını diqqətlə izləyəcəyik. Açıq dialoq imkanları yarandıqda, başqa qərar qəbul edəcəyik”, - deyə S. Narışkin qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...