Yəməndə husilər İsrailə hücum edib

Yəməndə husilər İsrailə hücum edib
Yəmən husilərinin “Ansar Allah” hərəkatı Eylat da daxil olmaqla İsrailin bir neçə obyektinə raket zərbələri endirib.

“Report” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, “İsrailin Fələstin ərazilərindəki müxtəlif hədəflərinə, o cümlədən Umm ər-Rəşraş bölgəsindəki həssas (İsrail üçün) hədəflərə (Eyla - red.) ballistik raketlərlə zərbələr endirilib.

Saria qeyd edib ki, raketlər “dronlardan istifadə etməklə eyni hədəflərə qarşı həyata keçirilən növbəti hərbi əməliyyatdan cəmi 24 saat sonra” buraxılıb.

O, həmçinin qeyd edib ki, husilər “Qırmızı dənizdə və ya onların sərəncamında olan pilotsuz təyyarələrin və raketlərin uçuş məsafəsi daxilində olan istənilən İsrail gəmisinə zərbə endirmək üçün” bütün əməli tədbirləri görməyə başlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...