"American Airlines"in təyyarəsindən 4 qaradərili qovuldu

"American Airlines"in təyyarəsindən 4 qaradərili qovuldu


"American Airlines" aviaşirkətinə məxsus təyyarədən 4 qaradərili şəxs qovulub. Virtualaz.org bildirir ki, bu barədə Daily Mail xəbər yayıb. Xəbərdə deyilir ki, Kanadanın Toronto aeroportunda baş verən xoşagəlməz hadisəyə səbəb təyyarə bələdçiləri arasında yaranan həyəcan olub.

Qovulan sərnişinlərdən biri bildirib ki, təyyarədən qovulmalarına səbəb stüardessa və pilotun onların bortda olmalarından təşvişə düşməsidir. Təyyarədən kənarlaşdırılan 4 qaradərili Brulin sakininin milliyətcə hind, digər sərnişinlərin isə müsəlman olduğu bildirilir. Həmin şəxslər bu hərəkəti irqi ayrı-seçkilik adlandırıb və şirkətdən onlara bu hərəkətlə vurduqları mənəvi ziyana görə 1 milyondan 5 milyon dollara qədər kompensasiya tələb ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...