Litvinenko "kabus"u Rusiyanı təqib edir

 Litvinenko "kabus"u Rusiyanı təqib edir


Yanvarın 21-də Britaniya keçmiş rusiyalı casus Aleksandr Litvinenkonun 2006-cı ildə ölümü üzrə təhqiqatı açıqlayacaq. Bu ölümdə Rusiyanın ittiham olunacağı gözlənir.

Hesabatı britaniyalı hakim Robert Ouen təqdim edəcək. Litvinenko çayına qatılmış yüksək radioaktiv maddədən - polonium-210-dan zəhərlənib. Moskva bu ölümə hər hansı aiddiyyatı olmadığını bildirib, təhqiqatı siyasi motivli adlandırıb. Kremlin sözçüsü yanvarın 20-də bildirib ki, təhqiqat Prezident Vladimir Putini “maraqlandıran məsələlər sırasında deyil”. Litvinenko Rusiya kəşfiyyatına işləyib, Britaniyaya köçəndən sonra Putinin tənqidçisinə çevrilib.

O, Londonda bir oteldə iki rusiyalı - Dimitry Kovtun və Andrei Lugovoy ilə çay içən zaman zəhərlənib. 3 həftə sonra dünyasını dəyişib. Həmin iki şəxsin Londonda olduqları digər yerlərdə də poloniumun izləri tapılıb. Ancaq Rusiya onların ekstradisiyasından imtina edib ("Azadlıq" radiosu).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...