Rusiyada dollar tarixi maksimumu yeniləyib

Rusiyada dollar tarixi maksimumu yeniləyib


Rusiyada dollar tarixi maksimumu yeniləyib. AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dolların birja məzənnəsi Moskva birjasında hərraclar zamanı yeni rekord müəyyənləşdirib. Belə ki, dolların məzənnəsi 1,6 rubl bahalaşaraq 83,10 rubla çatıb. Bu, 2014-ci il dekabrın 16-da müəyyən edilmiş maksimum həddən 2,9 rubl yüksəkdir.

Dollar yalnız 1998-ci ildə rublun denominasiyası zamanı bundan baha olub. 1997-ci il dekabrın 30-da RF Mərkəzi Bankının müəyyən etdiyi kurs üzrə dollar 5 960 rubla bərabər olub. Bundan əlavə, avronun kursu da hərracların açılışında yüksəlib. Hazırda avro 1,09 rubl bahalaşaraq 90,55 rubl dəyərində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...