Vaşinqtonda fövqəladə vəziyyət

Vaşinqtonda fövqəladə vəziyyət


ABŞ –ın paytaxtı Vaşinqtonda güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. APA-nın “ABCNews”-a istinadən verdiyi xəbərə görə, qar çovğunu həmçinin paytaxt ətrafı rayonları da cənginə alıb.

Şimali Karolina ştatının qubernatoru Pet Makrori yollarda iki nəfərin öldüyünü bildirib.

Virciniya ştatının polisi yüzlərlə avtomobilin yollarda qaldığını, bir neçə nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

ABŞ Milli Meteoroloji Xidməti daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...