Türkiyədə törədilən terror aktından sonra 100-dən çox adam saxlanıldı
“Fevralın 6-da İstanbulda Ədliyyə Sarayının yanında törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb”.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir bildirib ki, istintaq davam edir və hücumda xarici qüvvələrin əli olub-olmaması araşdırılır:
“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli, o cümlədən xarici qüvvələrlə əlaqəyə görə aparılır”.
Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayonundakı Ədliyyə sarayının binasının girişində İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhə terror təşkilatının iki üzvü tərəfindən terror aktı törətməyə cəhd edilib. Üçü polis olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan dünyasını dəyişib. Yerli media hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. Müstəntiqlərin sözlərinə görə, terrorçular onu azad etməyi planlaşdırıblar.
520 dəfə oxundu