Demirtaşın "sağ əli" həbs olundu - PKK üçün pul toplayırmış...

Demirtaşın "sağ əli" həbs olundu -


Terror təşkilatı PKK-nın maliyyə dayağlarına qarşı İstanbulda keçirilən əməliyyatlar zamanı HDP lideri Səlahaddin Demirtaşın "sağ əli" sayılan Zeki Çelik həbs olunub.

Avropa.info xəbər verir ki, Çeliklə birgə 11 nəfər saxlanılıb. Axtarışlar zamanı həbs olunanlardan 60 min lirə, 1 milyon 250 min lirəlik çek, hesab dəftəri, çoxlu sayda avadanlıq və proqram tapılıb. Həbs olunanların hamısı HDP və BDP -nin tanınmış üzvləridir.

Şəbəkənin PKK üçün, "ianə" topladığı bəlli olub. Bundan başqa şübhəlilərin bəzi dükanlardan zorla pul aldıqları da aydınlaşıb.

Məhkəməyə gətirilən Zeki Çelik və daha 10 nəfər haqqında həbs qərarı çıxarılaraq, həbsxanaya göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...