İran deputatı Azərbaycanı hədələdi: Tehran təkzib verməlidir, əks halda...
Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib. Zərbə nəticəsində iki iranlı general - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın beş zabiti - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi ölüb.
İran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, zərbə endirilən bina İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
Tehran İsrailə cavab veriləcəyini bildirib. Bir sıra İran rəsmiləri müxtəlif ölkələrdə yerləşən İsrail səfirliklərinə hücum edilməsi çağırışı edib.
İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamentində Azərbaycana qarşı təhdidlər səsləndirilməyə başlanıb. İran parlamentinin deputatı təxribatçı bəyanatla çıxış edib. O, Azərbaycandakı İsrail səfirliyini vurmağı təklif edib.
“Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”,- deputat “X” hesabında yazıb.
İki ölkə arasında münasibətlərin normallaşdığı bir vaxtda iranlı deputatın belə bir açıqlaması prosesə mənfi təsir göstərə bilər.
Deputat hansı qüvvələr bu sözləri deməyə "cəsarətləndirib". Azərbaycan bu açıqlamadan sonra hansı addımları atmalıdır?
"İran dövlət qurumları təkzib verməlidir"
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, İran parlamentinin deputatının çıxışı iki ölkə arasındakı münasibətlərə zərər vura bilər:
"İranın deputatı, deyəsən, Azərbaycanı Suriya ilə səhv salır. Bu iki ölkə bir-birilə müqayisə oluna bilməz. İstənilən halda xarici dövlətdə yerləşən diplomatik nümayəndəliyinin vurulmasına çağırış həmin ölkəyə qarşı yönəlmiş bəyanatdır. Həssas olan İran-Azərbaycan münasibətlərinin inkişaf etdiyi dövrdə belə açıqlamalar xoşagəlməzdir və iki ölkə arasındakı əlaqələrə zərər gətirə bilər. Bu yaxınlarda Azərbaycan və İran səlahiyyətliləri arasında səfirliyin işə başlaması istiqamətində danışıqlar getdi. Danışıqların getdiyi bir vaxtda anti-Azərbaycan bəyanatlarının səsləndirilməsi prosesə töhfə vermir, əksinə onu əngəlləyir. Bunu nəzərə almaldırlar".
K.Bayramov İran dövlət qurumlarının deputatın çıxışına təkzib verməli olduğunu deyib:
"Mən də başa düşürəm ki, İran parlamentinin deputatının çıxışı bu ölkənin rəsmi mövqeyini əks etdirmir. Amma istənilən halda bu cür bəyanatların verilməsi, ölkəmizə qarşı çağırışlar yaxşı hal deyil. Səlahiyyətli orqanlarımız bəyanat formasında cavab verməlidirlər və verəcəklər də. Azərbaycan müstəqil dövlətdir və onun xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları çox yüksək formada fəaliyyət göstərir və istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Bunun onların imkanları da, resursları da var. Burada heç bir dövlətin və dairənin bu cür hərəkətə cəhd ediləcəyi halda onun qarşısının qətiyyətlə alınacaq. Bu dəfələrlə belə olub. Terror aktlarının qarşısı alınıb. Bununla bağlı heç kəsin şübhəsi olmasın. Bu çağırışlarla bağlı İranın dövlət qurumları təkzib verməlidirlər. Müvafiq cavab bəyanatlarının veriləcəyinə inanıram. Çünki belə çağırışlar, bəyanatlar onsuz da möhkəm təməli olmayan münasibətlərimizə daha da böyük zərbə vura bilər. Bu cür bəyanatlar nəinki İsrailə, ümumiyyətlə Azərbaycana qarşı atılan addımdır. Ümid edirəm ki, cavab bəyanatı veriləcək".
"Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməlidir"
Politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var:
"Millət vəkilinin açıqlamasındakı “daha yaxşısı” söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər. Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək elə özləri də həmin deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var".
382 dəfə oxundu