Qəzzada həlak olan İsrail əsgərlərinin sayı 261-ə çatıb

Qəzzada həlak olan İsrail əsgərlərinin sayı 261-ə çatıb
Qəzza zolağının şimalında keçirilən quru əməliyyatında İsrailin daha bir əsgəri həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumat görə, bununla da ötən il oktyabr 27-dən həlak olan İsrail əsgərlərinin sayı 261-ə çatıb.

İsrail ordusundan verilən açıqlamada Qəzza zolağının şimalında həyata keçirilən quru əməliyyatında daha bir əsgərin öldüyü təsdiqlənib. Ölən əsgərin isə Şimal Briqadasından olan 43 yaşlı Salm Əlkreşat olduğu bildirilir.

Son məlumatlar da daxil olmaqla, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi zamanı həlak olan İsrail ordusu əsgərlərinin ümumi sayı artıq 606 nəfərə çatıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...