Norveç rusların ölkəyə girişini məhdudlaşdırdı

Norveç rusların ölkəyə girişini məhdudlaşdırdı
Norveç turizm məqsədi ilə gələn Rusiya vətəndaşları üçün əlavə giriş məhdudiyyətləri tətbiq edir.

Modern.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Yeni qaydalar mayın 29-dan qüvvəyə minir.

Sənəddə bildirilir ki, Norveçə turizm və digər qeyri-vacib məqsədlər üçün gələn rusların sərhədi keçərkən krallığa girişi qadağan ediləcək.

Qaydaların sərtləşdirilməsi başqa ölkədən Şengen vizası almış şəxslərə də aiddir.

Eyni zamanda, Norveç krallıqda yaşayan yaxın qohumlarını görmək istəyən, habelə Norveçə və ya digər Şengen ölkələrinə işləmək və ya təhsil almaq üçün gələn Rusiya vətəndaşlarını öz ərazisinə buraxa bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...