Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatıb

Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatıb


Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayı 77 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə regional Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir. “Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, deyə qurumdan bildirilib. Məlumata görə, Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır, onlardan 61 nəfəri uşaq olmaqla, 130-da pnevmoniya diaqnozu qoyulub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...