İran prezidentinə görə İtaliyada antik çılpaq heykəllər örtüldü - FOTOLAR

İran prezidentinə görə İtaliyada antik çılpaq heykəllər örtüldü -


İran prezidenti Həsən Ruhanini Kapitoli muzeyində qəbul edərkən, onun islam dövlətini təmsil etdiyini nəzərə alaraq antik çılpaq heykəlləri örtüblər. Bu barədə "BBC Azərbaycanca" saytı məlumat yayıb. Bildirilir ki, Ruhani ilə İtaliya baş naziri Matteo Renzi arasında danışıqlar zamanı nümayəndə heyətlərinə şərab da təklif olunmayıb. Səbəb isə İran İslam Respublikasında alkoqolun qadağan olunmasıdır.

Ruhani və Matteo Renzi İtaliya firmalarının İranla işgüzar müqavilələri imzalayandan sonra Romanın Kapitoli muzeyində çıxış edib. Qeyd edək ki, Ruhani nüvə razılaşmasının ardından İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra Avropada iqtisadi əlaqələr genişləndirilməsi üçün 5 günlük səfərdədir.


İran prezidentinə görə İtaliyada antik çılpaq heykəllər örtüldü -
İran prezidentinə görə İtaliyada antik çılpaq heykəllər örtüldü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...