Rusiyadan Ermənistana nəql olunan qazın marşrutu dəyişir

Rusiyadan Ermənistana nəql olunan qazın marşrutu dəyişir


Ermənistan Gürcüstan üzərindən Rusiyadan aldığı qazın marşrutunu dəyişə bilər. APA Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə "Qazprom Ermənistan" QSC-nin direktor müavini Qrant Tadevosyan xəbər verib. Onun sözlərinə görə, qaz kəmərinin Gürcüstan ərazisindən keçən 17 kilometrlik, o cümlədən Ermənistan ərazisindən keçən 3 kilometrlik hissəsi Azərbaycan sərhədinə yaxın ərazidən keçir. "Bu ərazi isə olduqca qeyri-stabildir", - deyə o bildirib.

Bununla yanaşı, o əlavə edib ki, qaz kəməri başqa səbəblərdən də dəfələrlə zədələnib və bunun nəticəsində birbaşa qaz nəqlini həyata keçirmək mümkün olmayıb. "Hazırda marşrutun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. İşlərin böyük hissəsi Gürcüstan ərazisində aparılacaq. Bu səbəbdən məsələ hər iki ölkənin hökuməti, Xarici İşlər və Energetika nazirlikləri arasında müzakirə olunmalıdır", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...