ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə yollandı

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə yollandı
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də Yaxın Şərqə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, CENTCOM-un rəhbəri bir sıra Körfəz ölkələrinə, İordaniyaya və İsrailə səfər edəcək və İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq.

Nəşr bildirib ki, Kurillanın səfərinin əsas istiqaməti İordaniya olmalıdır, çünki bu ölkə aprelin 13-də İsrailə doğru uçan İran PUA-larının tutulmasında böyük rol oynamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...