Nemtsovun qətlinin sifarişçisi və təşkilatçısının adı açıqlandı - Rəsmi

Nemtsovun qətlinin sifarişçisi və təşkilatçısının adı açıqlandı -


Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin sifarişçisinin və təşkilatçısının adını açıqlayıb.

Avropa.info xəbər verir ki, bu şəxs “Şimal” çeçen batalyonunun döyüşçüsü Ruslan Mühiddinovdur. Onun işi ayrıca icraata götürülüb, özü beynəlxalq axtarışa verilib. Bu haqda istintaqın rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.

Bundan əlavə ittiham olunan daha beş nəfərin istintaqının yekunlaşdığı bildirilib. Yaxın zamanlarda istintaq materialları onlara təqdim olunacaq.

Xatırladaq ki, Nemtsov 2015-cilin 27 fevralında Kremlin yaxınlığında güllələnmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...