Dollarla kredit götürənlərə yardım ediləcək - Rusiyada

Dollarla kredit götürənlərə yardım ediləcək -


Rusiya hökuməti xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım proqramını işə salır.

Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev açıqlama verib. “Xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl (60 mln. dollar) vəsait ayrılıb”, - Medvedev bildirib.


Hökumət başçısı bildirib ki, bu pullar Mənzil Krediti İpoteka Agentliyinin və yaşayış sahəsinin İnkişafı Fondunun birləşdirilməsi nəticəsində struktura daxil olub. “Onlar müxtəlif kreditorlara yardıma yönləndiriləcək”, - baş nazir bildirib. Bu gün səhər 30 valyuta ipotekaçısı uşaqları ilə bərabər Nordea bankın Moskva filialının qarşısında piket keçiriblər. Xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etməsi üçün müraciət ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1029 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...