Ukrayna müharibəsi belə bitəcək - Amerikalı senator

Ukrayna müharibəsi belə bitəcək -
ABŞ-da respublikaçı senator Marko Rubio prezidentliyə namizəd Donald Trampı müdafiə edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Kiyevin qələbəsi ilə deyil, danışıqlarla bitməlidir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Reallıq ondan ibarətdir ki, Ukraynadakı müharibə danışıqlar yolu ilə başa çatacaq, Donald Tramp Kiyevin bu danışıqlarda daha çox təsir rıçaqına malik olmasını istəyir”, - deyə Rubio yazır.

Xatırladaq ki, Trampın özü Ukraynanın məqsədlərinə tam dəstək verməyəcəyini açıq şəkildə bildirərək, danışıqlara ehtiyac olduğunu demişdi. Bundan əlavə, o, iki dəfə Ukrayna tərəfinin qalib gəlməsini istəyib-istəmədiyinə cavab verməkdən yayınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...