Davudoğlunun evinin qarşısında terrorçu güllələndi

Davudoğlunun evinin qarşısında terrorçu güllələndi

Türkiyə polisi Türkiyənin baş naziri Əhməd Davutoğlunun İstanbulda yerləşən iqamətgahı qarşısında terrorçu-kamikadze olduğu güman edilən şəxsə atəş açıb və şübhəlini yaralayıb. Hadisə ötən gün gecə saatlarında baş verib.

Polis Dolmabaxça sarayına keçmək istəyən iki arxa çantalı şübhəli kişini dayandırmağa cəhd göstərib. Onun çantalarından sallanan naqillər polis əməkdaşlarında şübhə yaradıb. Sözügedən şəxs polisin tələbinə tabe olmadıqdan sonra isə güman edilən terrorçuya atəş açılıb.

Kişi ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun üzərində olan iki arxa çantası hadisə yerində mütəxəssislər tərəfindən partladılıb. Daha sonra hadisə baş verən ərazi mühasirəyə alınıb.

Çantalarda partlayıcı qurğunun olub-olmadığı barədə məlumat verilmir. ("Report")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...