İran bankları yenidən SWIFT sisteminə qoşulurlar

İran bankları yenidən SWIFT sisteminə qoşulurlar


Fevralın 1-də daha doqquz İran bankı Beynəlxalq Elektron Ödənişlər Sisteminə (SWIFT) qayıdacaq. Bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf məlumat verib. O, bildirib ki, SWIFT sisteminə qoşulacaq bankların siyahısına Bank Melli İran da daxil edilib.

Qeyd edək ki, yanvar ayı ərzində İranın iki dövlət (Maskan və Keshavarzi) və 4 özəl bankı SWIFT sisteminə qayıtmışdı.

SWIFT-in Tehrana qoyduğu sanksiyalar nəticəsində İranın beynəlxalq banklarla əməkdaşlığına ciddi xələl gətirilmişdi və İranın beynəlxalq bank sistemi ilə əlaqəsi, demək olar ki, tamamilə kəsilmişdi. («Report»)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...