Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti “Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar alır.

Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:

“Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...