Türkiyə Rusiyaya qarşı hərbi hazırlıq elan edib

Türkiyə Rusiyaya qarşı hərbi hazırlıq elan edib


Suriyadakı əməliyyatlarda iştirak edən Rusiya Su-34 bombardmançısının Türkiyənin hava sahəsinə müdaxilə etməsindən sonra Ankara ilə Moskva arasında onsuz da gərgin olan münasibətlər daha da gərginləşib. Virtualaz.org “Tagesspiegel”ə istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddə patrul uçuşları keçirən təyyarələrin sayını artırıb. Habelə türk pilotlar sərhədəi pozan təyyarəni vurmaq barədə qərarı komandanlıqdan icazə istəmədən müstəqil qəbul etmək səlahiyyəti alıb. Bu isə Rusiya ilə Türkiyə arasında növbəti toqquşma riskini artırır.

Xəbər verildiyi kimi ötən həftə Rusiya təyyarəsi Türkiyənin hava sahəsinə daxil olub. Sərhəd boyu patrul uçuşları keçirən Türkiyə qırıcılarının pilotları ingilis və rus dillərində rus pilota xəbərdarlıq etsə də hava sahəsinə müdaxilə təkrarlanıb. İnsidenti NATO radarları da qeydə alıb. Lakin Rusiya Hava Komsik Qüvvələrinin komandanlığı Türkiyə hava sahəsinə müdaxiləni inkar edir.

Türkiyə mətbuatı yazır ki, sonuncu insidentdən sonra Türkiyə HHQ-nin bir neçə aviabazası yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Baş nazir Əhməd Davudoğlu isə Rusiyanı ölkənin hava sahəsinə müdaxiləyə görə NATO-ya izahat verməyə çağırıb.

Suriya sərhədində Su-24 bombardmançısının vurulmasından sonra Rusiya Suriyada S-400 zenit-raket kompleksləri yerləşdirib. Habelə Suriya sahillərində güclü havadan müdafiə sistemləri ilə təchiz olunmuş gəmi mövqe tutub. Bundan başqa bombardmanlara qatılan təyyarələri “hava-hava” raketləri ilə təchiz edilmiş qırıcılar müşaiyət edir. Bu isə o deməkdir ki, növbəti mümkün insident zamanı Türkiyə qırıcısı Rusiya təyyarəsini hədəf alsa cavab raketinə tuş gələ bilər. Başqa sözlə, vəziyyət olduqca risklidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...