Sorğu: Kamala Harris potensial seçicilərin dəstəyini qazanıb

Sorğu: Kamala Harris potensial seçicilərin dəstəyini qazanıb
Prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürən ABŞ-nin vitse-prezidenti Kamala Harris, respublikaçı rəqibi və keçmiş prezident Donald Trampı milli səviyyədə potensial seçiciləri dəstəkləməkdə qabaqlayır.

“Report” xəbər verir ki, bunu NPR radioşirkəti, PBS telekanalı və “Marist Poll” sosioloji portalı tərəfindən aparılan birgə sorğunun nəticələri göstərir.

Araşdırma nəticələrinə görə, respondentlərin 51 %-i Harrisə dəstək verməyə hazırdır, Trampa isə 47 % dəstək verir. Digər namizədlərə respondentlərin yalnız 2 %-i maraq göstərir.

Bununla belə, sorğuda iştirak edənlərin 49 %-i inanır ki, seçkilərdə Tramp qalib gələcək, Harrisin qalibiyyətinə isə rəyi soruşulanların 46 %-i inanır.

Sorğunun nəticələri həmçinin göstərir ki, Tramp müstəqil seçicilər arasında daha böyük nüfuza malikdir və 51 % dəstək alır, Harris isə 46 %-lə geridə qalır.

Bundan əlavə, keçmiş prezident ağdərili seçicilər arasında da irəlidədir (54 % - 45 %), Harris isə qaradərili respondentlər arasında üstünlük göstərir (63% - 32 %).

Harrisə həmçinin qadınlar daha yüksək dəstək göstərir (%55).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...