Türkiyədə 1300 otel satışa çıxarıldı

Türkiyədə 1300 otel satışa çıxarıldı


Türkiyədə turizm sənayesində olan problemlərə görə 1300-dən çox mehmanxana satışa çıxarılıb.

Modern.az Zaman qəzetinə istinadən məlumatına görə, iqtisadiyyatda müşahidə olunan böhran, turistlərin azalması və terror təhlükəsinin artması ölkənin turizm sənayesinə çox mənfi təsir göstərib. Nəşr qeyd edir ki, Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır. Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib. Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb.

Antalyada yerləşən və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır. Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...