Ukrayna səfirliyi: 20 minə yaxın ukraynalı uşaq zorla təcavüzkar dövlətə aparılıb

Ukrayna səfirliyi: 20 minə yaxın ukraynalı uşaq zorla təcavüzkar dövlətə aparılıb
Ukraynanın Azərbaycandakı səfirliyi 20 noyabr Uşaqların Ümumdünya Müdafiəsi Günü münasibəti ilə bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, 2014-cü ilin fevralında başlayan Rusiya təcavüzünün Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çevrilməsindən 1000 gün ötür

“Bu müddət ərzində 20 minə yaxın ukraynalı uşaq zorla təcavüzkar-dövlətə aparıldı. Bu, bəşəriyyətin ən qaranlıq səhifələrini xatırladan faciədir. Onlardan yalnız minə yaxını vətənə dönə bilib. Qalanları başqasının reallığının əsiri olaraq qalır”, sənəddə qeyd edilib.

Səfirlik 20 noyabr tarixində qeyd edilən Uşaqların Ümumdünya Müdafiəsi Günü ərəfəsində dünya ölkələrinə müraciət edir.

“Bir anlığa dayanın və uşaqlığı müharibə ilə parçalanmış ukraynalı uşaqları xatırlayın. Onların hər biri öz doğma vətənində xəyal qurmağa, gələcəyi planlaşdırmağa çalışır. Amma qayğısız məktəb günləri əvəzinə qorxu, ayrılıq, itkilər aldılar. Onların rəsmlərini partlayışlar, arzularını isə yaşamaq mübarizəsi əvəz etdi. Bu günü onları sadəcə xatırlamaq yox, həm də onlara təhlükəsizlik, sevgi və əsl uşaqlıq hüquqlarını qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, sənəddə qeyd edilir.

​Ukrayna səfirliyi insanları Ukrayna uşaqlarına xeyriyyə təşəbbüslərini dəstəkləyə çağırır.

“​Genişmiqyaslı müharibənin mininci günündə biz Azərbaycan rəhbərliyinə və xalqına göstərdiyi köməyə və dəstəyə görə: İrpində məktəbin yenidən qurulmasına, Xerson və Mıkolayivdən, Xarkovdan, Kiyevdən və digər bölgələrdən olan hər gecə yüksək siren səslərindən oyanaraq bomba sığınacaqlarında təhsil almağa məcbur qalmış 241 uşağın istirahətinə və reabilitasiyasına görə səmimi təşəkkürümüzü bildiririk”, bəyanatda qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...