“Donuz qripi” Gürcüstanda daha bir can aldı

“Donuz qripi” Gürcüstanda daha bir can aldı


Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb. Bununla da, bu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” telekanalına açıqlama verib.

Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: "Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik. Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...