İran Türkiyəyə 1 milyard dollar ödəməlidir

İran Türkiyəyə 1 milyard dollar ödəməlidir


Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına əsasən, İran 2011-2015-ci illərdə Türkiyəyə satdığı təbii qazın qiymətini 10-15 faiz aşağı salmalı və buna görə də, yaranmış 1 milyard dollarlıq fərqi kompensasiya şəklində Ankaraya ödəməlidir. Virtualaz.org saytı “RİA Novosti” agentliyinin məlumatına əsasən xəbər verir ki, bunu bu gün İranın neft nazirinin müavini Həmid Reza Araki deyib.

Qərarda deyilir ki, İran Türkiyəyə baha qiymətə satdığı qaza görə aldığı pulun bir qismini geri qaytarmalıdır. “Məhkəmənin qərarından şikayət verilə bilməz, lakin İranın ödəyəcəyi məbləğ hələ ki dəqiq müəyyənləşdirilməyib”, - Araki “Tasnim” agentliyinə müsahibəsində belə deyib. Onun sözlərinə əsasən, məbləğ təxminən 1 milyard dolara yaxın olacaq. Kompensasiyanın ödənilməsi qaydası isə tərəflər arasında aparılacaq danışıqlarda müəyyən ediləcək.

Türkiyə və İran ikitərəfli danışıqlar yolu ilə qazın qiyməti məsələsini həll etməyə çalışsalar da, bu, mümkün olmamışdı və bu səbəbdən, Türkiyə 2012-ci ildə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Türkiyə üçün İran idxal edilən qazın həcminə görə Rusiyadan sonra ikinci yeri tutur. İrandan Türkiyəyə il ərzində 10 milyard kub metr qaz ixrac edilir. İran qazının qiyməti rəsmi olaraq açıqlanmır. Bəzi mənbələrə görə, Türkiyə İrana hər 1000 kub metr qaza görə 490 dollar ödəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...