Rus diplomatları Poznandakı konsulluqdan belə çıxır - FOTOLAR
Poznandakı Rusiya konsulluğunun binasından işçilərin və diplomatların çıxarılması davam edir.
Bizimxeber.az bildirir ki, Polşa diplomatik nümayəndəliyin payızın sonuna qədər bağlanmasına göstəriş verib.
Polşanın RMF FM radiostansiyasının jurnalistləri çıxarılma prosesini müşahidə ediblər .
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropa İttifaqı ölkələrinə qarşı hibrid hərəkətləri səbəbindən obyektin fəaliyyətinə icazəni ləğv etdikdən sonra diplomatlar binaları tərk ediblər.
Konsulluq binasının qarşısında bir avtobus və iki mikroavtobus dayanıb. Onların qablaşdırılmış çamadanları, möhürlənmiş karton qutuları, velosipedləri, qazonbiçənləri və hətta dekorativ aplikləri var. Konsulluğun əməkdaşları binanın girişindəki videomüşahidə avadanlığını söküblər. Yalnız boş kamera qutuları görünür. Bir gün əvvəl hasarın üstündən məlumat lövhəsi yoxa çıxıb.
Wielkopolska polisinin sözçüsü Anjey Borowiak bildirib ki, hüquq-mühafizə orqanları Xarici İşlər Nazirliyi ilə razılığa əsasən, Bukovska küçəsindəki binanı bazar ertəsinə qədər qoruyacaq. Konsulluq noyabrın 30-da işini dayandıracaq, müqavilənin müddəti dekabrın 1-də başa çatacaq.
Xatırladaq ki, oktyabr ayında Polşa Rusiyanın hibrid müharibəsi aparması və Polşa ərazisində təxribat cəhdləri ilə əlaqədar Poznan şəhərindəki Rusiya konsulluğunun bağlandığını elan edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva bu addıma cavab verəcək. Ukrayna Polşadan Rusiya Federasiyasının Poznandakı Baş Konsulluğunun binasını almaqda maraqlıdır və artıq Polşa tərəfinə sorğu göndərib.
41 dəfə oxundu