Türkiyənin möhtəşəm gedişi: Hələbə köç başladı

Türkiyənin möhtəşəm gedişi:

Suriyada Hələb şəhərinin müxalif qüvvələr tərəfindən nəzarətə götürülməsindən sonra Türkiyənin Hatay və ətraf vilayətlərində yaşayan suriyalılar ölkələrinə köçməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ölkəsinə qayıdan Suriya vətəndaşlarından biri Aya Abdussalam 7 ildir Türkiyədə yaşadığını açıqlayıb:

“Hatayda məskunlaşmışdım. Hələb azad edildi. Doğma şəhərimizə gedirik. Bütün Türkiyəyə çox təşəkkür edirəm”.

Qeyd edək ki, “Heyət Təhrir əş-Şam”ın Hələbi Azad Suriya Ordusunun dəstəyi ilə ələ keçirdiyi bildirilir. Eyni zamanda, ASO Tel-Rıfatı da PKK-dan azad edib. Hazırda Tel-Rıfata Türkiyə xüsusi təyinatlıları yeridilib və suriyalıların Tel-Rıfatla bərabər Hələbə də yerləşdirilməsinə başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...