Aİ Gürcüstana qarşı yeni tədbirləri nəzərdən keçirəcək

Aİ Gürcüstana qarşı yeni tədbirləri nəzərdən keçirəcək
Gürcüstan hakimiyyətinin son hərəkətləri Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında ikitərəfli münasibətlərə təsirsiz ötüşmür.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.

"Xatırladırıq ki, məhz "Gürcü Arzusu"nun fəaliyyət kursu Gürcüstanın Aİ-yə qoşulması prosesinin faktiki olaraq dayanmasına gətirib çıxarıb. Aİ Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında əlavə tədbirləri nəzərdən keçirəcək. Aİ Gürcüstan xalqı, onun demokratik və Avropa istəkləri ilə həmrəydir", - sənəddə qeyd olunur.

Avropa diplomatik qurumu təkid edir ki, dinc toplaşmaq və fikir azadlığı hüququ kimi əsas hüquqlara Gürcüstan konstitusiyası və beynəlxalq öhdəliklərə uyğun olaraq əməl edilməli və qorunmalıdır.

Sənəddə yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlara Gürcüstanda insan hüquqları ilə bağlı bütün pozuntuları sənədlərlə əsaslandırmağı davam etdirmək çağırışı yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...