Ukrayna Belarusu Arbitraj Məhkəməsinə verdi
“Ukrtransnafta” şirkəti “Yujnıy-Brod-Mozır” xətti ilə nəql olunan Azərbaycan neftinə görə Belarusun dövlət şirkəti sayılan “Belarus Neft şirkətini” məhkəməyə verib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki. bu barədə “Ukrtransnafta”nın baş direktoru Nikolay Qavrilenko məlumat verib. Qavrilenkonun sözlərinə görə, 2011-2012-ci illərdə Belarus Neft Şirkəti hər il 4 milyon ton olmaqla 2 ildə 8 milyon ton “Azəri Light” markalı nefti Yujnıy limanına çatdırmalı, buradan Azərbaycan nefti Mozır neft emalı zavoduna aparılmalı idi. Lakin Belarus tərəfi 2011-ci ildə 4 milyon neftin yalnız 900 min tonunu Mozır zavoduna çatdırmışdı.
Qavrilenkonun sözlərinə görə, şirkət buna görə 23 milyon dollar ziyan edib və üzərinə götürdüyü öhdəlikləri tam icra edə bilməyib. 2011-ci il yanvarın 29-da ilk dəfə Azərbaycan nefti ilə yüklənmiş tanker Odessanın Yuxnıy limanına daxil olmuşdu. Bu, Azərbaycan Dövlət Neft Şirkəti, Belarus Neft Şirkəti və Venesulea arasında imzlaanmış üçtərəfli müqavilə əsasında mümkün olmuşdu. Hər il 4 milyon ton “Azəri Light” markalı neft Odessa-Brıd kəməri ilə Belarusa çatdırılaraq burada emal olunurdu.
902 dəfə oxundu