Türkiyədə 60 PKK-çı zərərsizləşdirildi VİDEO

Türkiyədə 60 PKK-çı zərərsizləşdirildi


Türkiyənin Cənub-Şərqində təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında mübarizə davam edir.

ANS PRESS-in məlumatına görə, Şırnak vilayətinin Cizrə rayonunda keçirilən əməliyyat zamanı 60-a yaxın terrorçunu zərərsizləşdirilib. Hərbçilər PKK-nın qərargahı hesab olunan binaya hücum edərək, zirzəmidə gizlənən silahlıları zərərsizləşdirib. Türkiyə parlamentində yer alan kürdyönümlü Xalqların Demokratik Partiyasının millət vəkillərindən biri isə həmin binada dinc sakinlərin olduğunu, təhlükəsizlik qüvvələrinin yaralı sakinləri öldürdüyünü qeyd edib.

Komendant saatı rejimi Cizrə bölgəsində dekabrın əvvəllərindən bəri tətbiq edilir. Türkiyənin hazırda bir çox əyalətində terrorçulara qarşı aparılan əməliyyatlar fonunda insanlara küçəyə çıxmaq qadağası qoyulub. Bu əyalətlərə Diyarbəkirin Sur, Şırnağın Cizrə rayonları və sairə aiddir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...